Ukrayna ön xəttə 5 min qadın göndərib - Müdafiə Nazirliyi
26-07-2022, 00:02
Bu günə olan vəziyyətə Ukrayna Silahlı Qüvvələrində 38 mindən artıq qadın qulluq edir. Bunu Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar xəbər verib.
Məlumata görə, bu sayın 5 mindər artığı hazırda ön xətdə yerləşir.
«38 min qadın-hərbçidən başqa bizdə mülki qadınlar da var ki, Ukrayna Silahlı Qüvvələrində işləyirlər. Ona görə, ümumilikdə, bizdə 50 mindən artıq qadın USQ-də çalışır» - Malyar bildirib.
O, deyib ki, bunlar «tankçılar, artilleriyaçılar, hətta dərin su ayvinqçi hərbçiləridir».
Bundan əvvəl Malyar fevralın 24-də elan edilmiş səfərbərlik planının yerinə yetirilməsindən danışıb. Səfərbər olunmuşların sayı barədə suala o, cavab verib ki, söhbət böyük miqdardan, yüz minlərlə insandan gedir.