"Ukrayna Xarkovda bəzi uğurlar əldə edib" - ABŞ Müdafiə Nazirliyi

13-08-2022, 10:08           
"Ukrayna Xarkovda bəzi uğurlar əldə edib" -
“Şimaldakı Ukrayna qüvvələri bəzi ərazilərdə, o cümlədən Xarkovda müəyyən uğurlar əldə ediblər. Xersonda Ukrayna qüvvələri Rusiya qoşunlarına qarşı sərt təzyiqləri davam etdirir. Buna misal olaraq Rusiya qüvvələrinin istifadə etdiyi körpülərin dağıdılmasını göstərə bilərik”.

“Report” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) adını açıqlamayan yüksək rütbəli rəsmisi bildirib.

“Biz avqustun 9-da baş vermiş partlayışın səbəbini bilmirik. Amma aydın olan odur ki, Ukraynaya hücum üçün istifadə edilən Rusiya təyyarələri və hərbi sursatlarına ciddi ziyan dəyib. Ukraynanın şərqindəki Zaporojye Atom Elektrik Stansiyası hazırda Rusiyanın nəzarətindədir. Beynəlxalq Atom Enerjisi Agentliyinin qənaətinə görə, nüvə təhlükəsizliyinə birbaşa təhlükə yoxdur. Lakin durum dəyişə bilər”, - Pentaqon rəsmisi söyləyib.

Rəsmi qeyd edib ki, Rusiya Ukrayna ərazisini fərq qoymadan atəşə tutmaqda davam edir. Nəticədə mülki şəxslər arasında xeyli ölən var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru