Yasamal rayonunda Məhəmməd Xiyabani küçəsində qanunsuz ət dükanları kimə haqq verir? - VİDEO

Bu gün, 10:14           
Yasamal rayonunda Məhəmməd Xiyabani küçəsində qanunsuz ət dükanları kimə haqq verir? - VİDEO
Ət dükanlarının fəaliyyətinə Yasamal icra hakimiyyətinin icazə verdiyi bildirilir
Keçən il paytaxtın Yasamal rayonun Məhəmməd Xiyabani küçəsində yerləşən qanunsuz kafelər və ət dükanları ləğv edildi. Yasamal rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları bir gecənin içndə ərazidə fəaliyyət göstərən kafe-kababxanaları sökdülər. Qeyd edək ki, M. Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.

AzFakt.com xəbər verir ki, hazırda isə Yasamal rayon Məhəmməd Xiyabani küçəsində bir neçə ət dükanı yenədə qanunsuz fəaliyyətini davam etdirir.
Məlumata görə ət dükanlarının fəaliyyətinə icazəni Yasamal rayon İcra Hakimiyyəti verib.Belə ki, bu dükanların hər ay icra hakimiyyətinə hesab verdiyi iddia olunur.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru