Rusiya prezidenti Vladimir Putin Qələbə Günü münasibətilə Ukrayna prezidenti Pyotr Poroşenkonu təbrik etməyib.
Strateq.az xariсi mətbuata istinadən xəbər verir ki, bunun səbəbinə Putinin mətbuat katibi Dmitri Peskov aydınlıq gətirib.
Peskov bildirib ki, səbəb Rusiya ilə Ukrayna arasında dialoqun lazımi səviyyədə olmamasıdır: «Bilirsiz ki, Rusiya ilə Ukrayna rəhbərliyi arasında dialoq lazımi səviyyədə deyil. Hətta heç yoxdur. İkitərəfli münasibətlərdəki neqativ məqamların təşəbbüskarı heç vaxt Rusiya olmayıb. Rusiya öz qonşularına qarşı həmişə mehriban münasibətlərin tərəfdarıdır».
Xatırladaq ki, Putin ötən il də ukraynalıları təbrik etmiş, prezident Poroşenkonun adını isə çəkməmişdi.