Polşa Estoniyaya 100 ədəd “Piorun” hava hücumundan müdafiə sistemi verəcək

8-09-2022, 07:44           
Polşa Estoniyaya 100 ədəd “Piorun” hava hücumundan müdafiə sistemi verəcək
Polşa Estoniyaya 100 ədəd “Piorun” hava hücumundan müdafiə sistemi verəcək
Polşa Estoniyaya 100 ədəd “Piorun” hava hücumundan müdafiə sistemi və onlar üçün 300 raketin tədarükü ilə bağlı müqavilə imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Polşa televiziyası tərəfindən yayımlanan imzalanma mərasimi “Mesko” fabrikində baş tutub.

Polşanın milli müdafiə naziri Mariuş Blaşçak mərasimdə bildirib ki, tədarük gələn il başlayacaq.

Onun estoniyalı həmkarı Hanno Pevkur bu sazişin imzalanmasını müdafiə sənayesində ikitərəfli əməkdaşlıq üçün tarixi məqam adlandırıb.

“Bu, Baltik dənizi regionu və NATO-nun şərq cinahı üçün çox vacibdir. Saziş Estoniya və Polşa arasında gələcək müqavilələrin imzalanması üçün ilk addımdır", - Pevkur əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru