Nadir avtomobil gözlənilmədən ABŞ hökumət hərracında peyda oldu

Bu gün, 11:08           
Nadir avtomobil gözlənilmədən ABŞ hökumət hərracında peyda oldu
ABŞ hökuməti müflis olan "Santa Paula Hay&Grain" kənd təsərrüfatı şirkətinin əmlakını hərraca çıxarıb.

Oxu.Az "The Drive"a istinadən xəbər verir ki, hərraca çıxarılan əmlak arasında nadir "Ferrari F40" avtomobili də yer alıb.

Bu avtomobilin belə bir hərracda peyda olması hər kəs üçün gözlənilməz olub. Superkar üçün artıq 2.55 milyon dollar təklif olunub.

Qeyd edək ki, 1980-1990-cı illərin sonunda "Ferrari" təxminən 1 300 F40 istehsal edib. Lakin onlardan yalnız 231-i ABŞ bazarı üçün xüsusi olaraq uyğunlaşdırılıb.

Satışa çıxarılan nümunə 1991-ci ildə Şimali Amerikaya gətirilib. O vaxtdan bəri o, bir neçə dəfə sahibini dəyişib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru