Fransada evsizlərin etirazı başlayıb

Bu gün, 10:44           
Fransada evsizlərin etirazı başlayıb
Fransada yay aylarında evsizlərin müvafiq yerlərə yerləşdirilməsi məsələsi yenidən gündəmə gəlib.

Valyuta.az xəbər verir ki, avqustun isti günlərində gündəlik sığınacaqlar bir-birinin ardınca bağlanır və könüllülər məzuniyyətə çıxırlar. Nəticədə yüzlərlə insan küçələrdə qalır. Bu vəziyyətə etiraz etmək və diqqət çəkmək üçün 200-dən çox evsiz, eləcə də 90 uşaq və hamilə qadın gecələri Paris meriyasının binasının qarşısında açıq havada keçirir. Onlar "Bizə ev lazımdır!", "Uşaq küçədə qalmasın!" şüarlarını səsləndirirlər.

Evsiz miqrantlara yardım edən “Utopia 56” təşkilatının nümayəndələri bildiriblər ki, yayda istidən və susuzluqdan küçədə ölüm halları çoxalır. “Əgər dövlət boş binaları və ofisləri müsadirə etsəydi, Fransada heç kim küçədə qalmazdı. Bu hadisə bir daha göstərir ki, evsizlər problemi təkcə qışın deyil, həm də yayın ən kəskin sosial problemlərindən biridir. Bununla bağlı təxirəsalınmaz tədbirlər görülməli və uzunmüddətli həll yolları tapılmalıdır”, - deyə onlar vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru