Kral III Çarlz oğlu Uilyama Uels şahzadəsi titulunu verib
10-09-2022, 08:48
Böyük Britaniya kralı III Çarlz böyük oğlu, taxt-tacın varisi Uilyama Uels şahzadəsi titulu verib.
"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə kral xalqa ilk televiziya müraciətində bildirib.
“Bu gün mən fəxrlə elan edirəm ki, ona (Şahzadə Uilyam) uzun müddət daşımaq şərəfinə nail olduğum Uels şahzadəsi titulunu verirəm”, - III Çarlız deyib.
O əlavə edib ki, Uilyamın həyat yoldaşı Keyt Uels şahzadəsi titulunu alıb.