Bir casus Tayvanın nüvə proqramını pozub
Bu gün, 12:18

1960-cı illərdə nüvə silahlarının yayılmasının qarşısını almağa çalışan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tayvanlı mühəndis, polkovnik Çan Syan-İ ilə əməkdaşlıq edib. O, mühüm kəşfiyyat məlumatlarını ABŞ-yə ötürüb.
Oxu.Az xəbər verir ki, mühəndisin taleyi ilə bağlı "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, ABŞ onun ötürdüyü məlumatlardan Tayvanı öz nüvə proqramını məhdudlaşdırmağa məcbur etmək üçün istifadə edib.
Tayvan 1960-cı illərdə nüvə silahı hazırlamağa başlayıb. Araşdırmalar dinc nüvə proqramı adı altında aparılıb. Çan 1969-cu ildə ABŞ-nin Tennessi ştatına mühəndis təhsil almağa göndərilir və burada MKİ onunla maraqlanır. Alim onlarla əməkdaşlığa razılaşır.
1988-ci ildə MKİ alimin Tayvandan ABŞ-yə qaçmasına kömək edib. Ailəsi onunla birlikdə adanı tərk edib. 1989-cu ildə Çan ABŞ vətəndaşlığı alıb. MKİ heç vaxt Çannın rolunu açıq şəkildə təsdiq etməyib və bir çox sənədlər hələ də məxfi saxlanılır. Tayvanda alim ən çox axtarılan cinayətkarlar siyahısındadır.