Prezident İlham Əliyev: "ABŞ-nin "EXIM Bank"ı ilə maliyyə məsələləri müzakirə olunur"
Bu gün, 11:18
"ABŞ-nin "EXIM Bank"ı (İxrac - İdxal Bankı) ilə resurslara aid layihələrlə bağlı müəyyən maliyyə məsələləri müzakirə olunur. İnfrastruktur, nəqliyyat, həmin o resursların nəqli ilə bağlı bir sıra məsələlər və planlar var".
TEREF AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.
"Enerji bizim əməkdaşlığımızın əsas məsələlərindən, əsas mətləblərdən biri olacaq", - deyə Prezident İlham Əliyev vurğulayıb.