Londonda kraliça ilə vidalaşmaq üçün növbə 6 km uzanıb: deputatlar növbəsiz girir

16-09-2022, 10:44           
Londonda kraliça ilə vidalaşmaq üçün növbə 6 km uzanıb:
Londonda mərhum Kraliça II Elizabet ilə vidalaşmaq istəyənlərin növbəsi 6 km-dən çox uzanıb.

Kraliçaya ilə vidalaşmaq istəyənlər növbənin sonunda olan Touer Bridc qəsrinə getməlidirlər.

İnsanlara xəbərdarlıq edilir ki, onlar saatlarla ayaqüstdə dayanmalı olacaqlar.

Belə ki, növbə xətti daim hərəkətdə olduğu üçün oturmağa fürsətləri olmayacaq.

Eyni zamanda insanlardan tədbirə hörmət etmələri, Vestminster Sarayında olarkən səssiz qalmaları, tədbirə uyğun geyinmələri xahiş olunur. “Siyasi və ya təhqiramiz şüarlar” yazılmış geyimdə olanlar saraya buraxılmayacaq. Həmçinin kraliçanın tabutu ilə zalda şəkil çəkdirmək də qadağan olunub.

Bununla yanaşı İcmalar Palatasının nümayəndəsi təsdiqləyib ki, deputatların uzun kilometrlərlə növbəyə durmalarına ehtiyac yoxdur. Onlar kraliçanın tabutuna növbəsiz yaxınlaşa bilər. Həmçinin özləri ilə dörd nəfərə qədər adam da gətirmələrinə icazə verilir.

Parlament işçiləri də növbədən yayına bilərlər, onların hər birinə dəvətnamə təklif edilib.

Akkreditə olunmuş jurnalistlər də növbəsiz keçə bilərlər.

Mənbə: Yevropeyskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru