Erməni daşnakları Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında “produktiv” vaxt keçiriblər

16-09-2022, 09:58           
Erməni daşnakları Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında “produktiv” vaxt keçiriblər
Sentyabrın 15-də ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri ABŞ-dakı səfirliyimiz qarşısında “etiraz aksiyası” keçiriblər.

“Aksiya iştirakçıları” səfirliyimiz tərəfindən Azərbaycanın Dövlət Himni, hərbi marşları və vətənpərvərlik mövzusunda olan musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə “Qarabağ Azərbaycandır!” şüarları əks olunmuş plakatlarla olduqca “isti qarşılanıb”. Səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı ermənilərin planlarını pozub. Belə ki, səsləndirdikləri əsassız şüarlarını özləri belə eştiməkdə çətinlik çəkiblər.

Ermənilər xislətlərinə uyğun olaraq, özləri ilə gətirdikləri və təhrif olunmuş məlumatlar yazılmış plakatlar və qondarma “bayraqlarla” səfirliyimizin fonunda şəkil çəkdirməyə çalışıblar. Lakin bu zaman da istəklərinə nail ola bilmədən, plakatlarını da qoyub uzaqlaşmaq məcburiyyətində qalıblar. Əldə edilmiş “qənimət”lərin şəkilləri ilə tanış olmaq olar.

Bununla belə, Azərbaycan bayrağı daim yüksəklərdə dalğalanıb və dövlət himninin sədaları ucalardan eşidilib. Aksiya zamanı səfirliyin ərazisinə müdaxilə olmayıb və ermənilərin “mənalı” aksiyası yekunlaşıb.
Azertag.az















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru