Paşinyan Putinlə danışdı – Sərhəddəki gərginlik müzakirə olundu
16-09-2022, 12:09
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonla Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. İki ölkə lideri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı məsələlərə baxıblar.