Çin liderindən rəngli inqilab xəbərdarlığı - Dəstək istədi

17-09-2022, 00:11           
Çin liderindən rəngli inqilab xəbərdarlığı -
Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının iclasında üzv ölkələrə rəngli inqilablarla bağlı xəbərdarlıq edib.

Si Cinpin təşkilata üzv ölkələri "rəngli inqilab" adlandırılan xalq üsyanlarının qızışdırılmasının qarşısını almaqda bir-birini dəstəkləməyə çağırıb.

O, həmçinin bildirib ki, Çin qarşıdakı 5 il ərzində üzv ölkələrin hüquq-mühafizə orqanlarının 2000 əməkdaşına təlim keçəcək və antiterror işlərinə yönəlmiş təlim bazası yaradacaq.

Çinin inkişaf etməkdə olan ölkələrə 1,5 milyard yuan (214 milyon dollar) dəyərində taxıl və digər növ yardımlar verəcəyini söyləyən Si Cinpin ölkəsinin iqtisadiyyatının dayanıqlı olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru