Ukraynada daha iki böyük vəzifəli vətən xaini öldürüldü - Ər-arvad

17-09-2022, 00:12           
Ukraynada daha iki böyük vəzifəli vətən xaini öldürüldü -
Berdyanskın işğal administrasiyasının qondarma "rəhbər müavini” Oleq Boyko sentyabrın 16-da şəhərdə "referendum”un keçirilməsi üçün seçki komissiyasına rəhbərlik edən həyat yoldaşı ilə birlikdə öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks" Berdyanskın işğal administrasiyasına istinadən məlumat yayıb.

"Berdyansk şəhərinin hərbi-mülki administrasiyası sədrinin mənzil-kommunal təsərrüfat üzrə müavini Oleq Boyko və onun həyat yoldaşı, referendum üzrə şəhər ərazi seçki komissiyasına rəhbərlik edən Lüdmila Boyko öz qarajının yaxınlığında öldürülüb”, - bildirilib.

Düşmənlə məkdaşlıq edən vətən xaini Vladimir Roqov hadisənin Koloniya mikrorayonunda baş verdiyini iddia edir. İşğalçılar qətlin təfərrüatlarını dəqiqləşdirməyiblər.

Qeyd edək ki, 2020-ci ildə Oleq Boyko Həyat Uğrunda Müxalifət Platformasından (OPZJ) Berdyansk merliyinə namizəd olub.

Xatırladaq ki, işğal altında olan Berdyanskda avqustun 26-da şəhərin "yol polisinin rəis müavini” adlandırılan Aleksandr Kolesnikov qəlpə yaralarından ölüb.

Sentyabrda Zaporojye vilayəti yaxınlığında işğal olunmuş şəhərin mərkəzində avtomobili partladılmış Berdyanskın qondarma "komendantı” Artyom Bardin ayaqlarını itirib.

Bu gün həmçinin işğal olunmuş Luqanskda qondarma "LPR”in baş prokuroru Sergey Qorenkonun ofisində partlayış baş verib, o və müavini ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru