Rusiyada 2020-ci ilin martından bəri koronavirusa ən yüksək yoluxma qeydə alındı

17-09-2022, 10:32           
Rusiyada 2020-ci ilin martından bəri koronavirusa ən yüksək yoluxma qeydə alındı
Rusiyada son sutka ərzində 59 mindən çox koronavirusa yeni yoluxma faktı aşkarlanıb. Bu, 2020-ci ilin martın 8-dən bəri (66,5 min) ən yüksək göstəricidir.

Bu barədə RF Yeni İnfeksiya ilə Mübarizə üzrə Federal Operativ Qərargahın saytında məlumat verilib.

Rusiyada son sutka ərzində 110 nəfər koronavirusdan ölüb, bu isə mayın 17-dən bəri maksimum göstəricidir.

Ümumilikdə, Rusiyada pandemiya başlayandan indiyədək 20,3 milyon nəfər COVID-19 infeksiyasına yoluxub, 385,8 min nəfər isə ölüb.

Qeyd edək ki, iki gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus yaxın gələcəkdə koronavirus pandemiyasının sonu olacağı ilə bağlı proqnozunu verib.

“Artıq “finiş xətti”ni görürük - qaçmağı dayandırmağı düşünmək üçün səhv vaxtdır”, - deyə o vurğulayıb.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru