UKRAYNA ORDUSUNDAN ƏKS-HÜCUM – Bütün cəbhə boyu irəliləməyə başladı

17-09-2022, 17:56           
UKRAYNA ORDUSUNDAN ƏKS-HÜCUM –
Ukrayna Silahlı Qüvvələrinin Cənubdakı uğurları çox gərgin döyüşlər və səylər sayəsində əldə olunub.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” əməliyyat komandanlığının sözçüsü Nataliya Humenyuk məlumat verib.

“Uğurlar haqqında hesabat vermək hələ tezdir, çünki bunlar çox ağır döyüşlər və səylərlə əldə olunur. İrəliləyiş itədiyimiz qədər sürətli deyil, amma kifayət qədər effektivdir”, - o vurğulayıb.

Humenyukun sözlərinə görə, hesabat Ukrayna Silahlı Qüvvələri mövqelərini möhkəmləndirən kimi veriləcək:

“Demək olar ki, bütün cəbhə xətti boyunca irəliləyiş var. İrəliləmə çox qeyri-adi strateji elementlərlə hesablanır”./teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru