Nensi Pelosinin Ermənistana səfər proqramı açıqlandı

17-09-2022, 19:05           
Nensi Pelosinin Ermənistana səfər proqramı açıqlandı
ABŞ Senatının Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfər proqramı açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün axşam saatlarında ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyətini İrəvana gələcək.

“Sentyabrın 17-19-da spiker Pelosi baş nazir Nikol Paşinyan, Ermənistan parlamentinin sədri Alen Simonyan və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək, ABŞ-Ermənistan münasibətləri və mövcud təhlükəsizlik vəziyyətini müzakirə edəcək”, məlumatda qeyd olunub.

Spiker Pelosi, həmçinin, mətbuata müraciət edəcək, “Erməni Soyqırımı” Memorialına əklil qoyma mərasimində iştirak edəcək.

Pelosini Nümayəndələr Palatasının Energetika və Ticarət Komitəsinin sədri Frank Pallone, nümayəndələr Anna Eşoo və Caki Speier müşaiyət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru