Londonda yerləşən məşhur meydanda II Elizabetin abidəsi ucaldılacaq 18-09-2022, 10:25 Londonun mərkəzində kraliça II Elizabetin abidəsinin ucaldılması gözlənilir.Artıq bununla əlaqədar britaniyalı nazirlərlə kral ailəsinin nümayəndələri arasında danışıqlar başlayıb.II Elizabetin abidəsinin Londonun mərkəzində yerləşən məşhur Trafalqar meydanında ucaldılması nəzərdə tutulur.Həmçinin İngiltərədə küçələrə, parklara və digər obyektlərə II Elizabetin adının verilməsi gözlənilir.Mənbə: The Times Facebook-da paylaş