Birləşmiş Ştatlar gələn ildən təyyarələri döyüş lazeri ilə sınaqdan keçirəcək

28-09-2022, 12:17           
Birləşmiş Ştatlar gələn ildən təyyarələri döyüş lazeri ilə sınaqdan keçirəcək
ABŞ Hərbi Hava Qüvvələri Xüsusi Əməliyyatlar Komandanlığı gələn ildən “AC-130J Ghostrider” təyyarələrini döyüş lazeri ilə sınaqdan keçirəcək.

Bu barədə “Breaking Defence” nəşri xəbər verir.

AC-130J-nin lazerlə sınaq uçuşları 2023-cü ilin yayında başlayacaq və payıza qədər davam edəcək.

Komandanlığın sözçüsü bildirib ki, sınaq nəticələri lazerin gələcəyini müəyyən edəcək. Onun sözlərinə görə, hazırda lazerdən istifadə konsepsiyası hazırlanmayıb.

AC-130J quru qüvvələrini və nöqtə hədəflərini dəstəkləmək üçün nəzərdə tutulub. Təyyarənin arsenalına 30 mm-lik GAU-23/A topu və M102 haubitsa daxildir. Təyyarə yüksək dəqiqlikli bomba və raketləri də daşıya bilir.
veteninfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru