UEFA Superkubokunun formatı dəyişə bilər

Bu gün, 11:38           
UEFA Superkubokunun formatı dəyişə bilər
UEFA Superkuboku gələn mövsümdən etibarən dörd komandalı turnirə çevrilə bilər.

Bu barədə "The Telegraph" məlumat yayıb.

Məlumata görə, format dəyişilərsə, komandalar yarımfinal oyunları və kubok uğrunda görüş keçirəcəklər.

Nəşr Superkubokun digər iki iştirakçısının hansı prinsiplə seçiləcəyini açıqlamır.

Qeyd edək ki, UEFA Superkuboku oyunları 1972-ci ildən keçirilir. Hazırda bu matçlar Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında oynanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru