Bu Xalq belə iqtisadi mənzərəyə, bu gedişata layiq deyil axı!
Bu gün, 11:34
Bu ilin, 2025-ci ilin yanvar-iyul aylarında: - Azərbaycanda ÜDM cəmi 0,9% artıb, - Gürcüstanda ÜDM 8,6% artıb, - Ermənistanda ÜDM 5,2% artıb Adam yanıb-tökülür, Azərbaycan Dövləti və Xalqı möhtəşəm hərbi qələbə qazandı, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyi bacaran yeganə post-sovet respublikasıdır, rəsmi Bakı gözəl diplomatik gedişlərlə məmləkət üçün işlək “təhlükəsizlik çətiri” qurdu. Prezident Əliyev bu günlərdə Vaşinqtonda imzalanan sənədlərin əsas müəllifi, o görüntünün əsas təşkilatçısı kimi böyük işlər gördü – amma, iqtisadiyyatımız ağır duruma düşür. Hökumətin bacarıqsız iqtisadi komandası iqtisadyyatdakı problemləri görmür, görmək istəmir, ciddi islahatlardan qaçır, nəticədə iqtisadi aktivlik zəifləyir, insanların real gəlirləri azalır, inflyasiya, qiymətlər isə kəskin artır. ÜDM-in 0,9% artımı, əslində ressesiyadır, belə artım olmur, 0,9% inflyasiyanın gətirdiyi multiplikativ effekdir. Bu Xalq belə iqtisadi mənzərəyə, bu gedişata layiq deyil axı! Natig Cəfərli