Putin İstanbulla bağlı qərarını verdi - "İşlərim çoxdur"

21-05-2016, 12:34           

Rusiya prezidenti Vladimir Putin işlərinin çox olması səbəbilə İstanbuldakı keçiriləcək Ümumdünya Humanitar Forumunda iştirak etməyəcək.

Avropa.info xəbər verir ki, bu haqda məlumatı Kremlin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında bildirib.

Peskov açıqlaması zamanı "Rusiya prezidenti Vladimir Putinin iş proqramı bu səfəri həyata keçirməyə icazə vermir. Prezidentin proqramında bu gəzinti üçün, təəssüf ki, yer yoxdur. Bu səbəblə də Rusiya forumda prezident səviyyəsində təmsil olunmayacaq."

Bundan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova, ölkəsinin beynəlxalq humanitar əməkdaşlıq məsələlərində məsuliyyət sahibi olması səbəbiylə İstanbula heyət göndərəcəklərini söyləmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.