Dünya okeanının səthinin temperaturu tarixi maksimuma yaxınlaşır

12-06-2025, 09:06           
Dünya okeanının səthinin temperaturu tarixi maksimuma yaxınlaşır
May ayında dünya okeanının səthinin temperaturu bütün müşahidələr tarixi ərzində ikinci ən yüksək həddinə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Kopernik" Avropa İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.

"2025-ci ilin mayında dünyada dənizlərin səthinin orta temperaturu 20,79 dərəcə təşkil edib, bu da 2024-cü ilin mayında qeydə alınan rekord temperaturdan 0,14 dərəcə azdır", - deyə mütəxəssislər bildiriblər.

Alimlər dünya okeanının səthində temperaturun yüksək olmasını onunla izah edirlər ki, okean atmosferdəki karbon qazının 25-30%-ni və həddindən artıq istiliyin təxminən 90%-ni udur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru