Olimpiya çempionu cərimələndi: Sərxoş vəziyyətdə…

12-06-2025, 08:24           
Olimpiya çempionu cərimələndi: Sərxoş vəziyyətdə…
Gimnastika üzrə Olimpiya çempionu Meri Lou Retton sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cərimələnib.

Bu barədə ESPN məlumat yayıb. Mayın 17-də Fairmont polisi “Porsche” sürücüsünün qeyri-sabit hərəkət etməsi barədə xəbərdən sonra onun avtomobilini saxlayıb. Məlumata görə, keçmiş idmançıdan spirt iyi gəlib, nitqini pozub və alkotester testindən keçə bilməyib. Hüquq-mühafizə orqanları sərnişin oturacağında bir şüşə şərab tapıldığını bildirib.

57 yaşlı keçmiş gimnast məhkəmədə günahını etiraf edib. Məhkəmə onu ilk dəfə törədilən ağır olmayan cinayətə görə 100 dollar cərimələyib.

Retton 1984-cü ildə Olimpiadanın qalibi olub. O, Olimpiadada çoxnövçülükdə qalib gələn ilk amerikalı gimnastdır.//Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru