Məşhur rusiyalı müğənni amerikalı milyarderə olan hisslərini etiraf etdi

11-06-2025, 17:24           
Məşhur rusiyalı müğənni amerikalı milyarderə olan hisslərini etiraf etdi
Məşhur rusiyalı müğənni Lolita Milyavskaya ABŞ-dən olan media maqnatı və milyarder Rupert Merdoku bəyəndiyini etiraf edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "7 Days" nəşri məlumat verib.

"Merdok planetin ən ağıllı adamlarından biridir. O, İlon Maskdan fərqli olaraq ekstravaqant davranmır. Maskın arvadı olmaq istəməzdim", - deyə pop müğənnisi bildirib.

Lolitanın sözlərinə görə, o, Merdok kimi bir kişi ilə ailə qurmaq istərdi, amma bunun üçün şansının az olduğunu anlayır.


Qeyd edək ki, müğənni beş dəfə ailə qurub. 2025-ci ilin yanvarında Lolita yeni eşq macəralarına başlamaq istəmədiyini etiraf etmişdi.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru