Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır

Dünən, 00:08           
Qızıl avronu sıxışdırır:
Qızıl avronu ötüb və qiymətli metalın rekord həcmdə alışları və qiymətlərin sürətli artımı sayəsində sanksiyalardan qorunma alətinə çevrilərək dünya mərkəzi banklarının ikinci ən vacib ehtiyat aktivinə çevrilib.

Bu barədə "Financial Times" Avropa Mərkəzi Bankının (ECB) məlumatlarına istinadən məlumat yayıb.

ECB-nin hesabatına görə, ötən il dünya rəsmi ehtiyatlarının 46%-i ABŞ dolları, 20%-i qızıl, 16%-i isə avronun payına düşüb.

"Mərkəzi Banklar rekord sürətlə qızıl yığmağa davam edib" deyən ECB əlavə edib ki, 2024-cü il Mərkəzi Bankların min tondan çox qızıl aldığı üçüncü ardıcıl il olub.

Avropa Mərkəzi Bankının son məlumatlarına görə, 1960-cı illərin ortalarında 38 min tona çatan Mərkəzi Bankların qızıl-valyuta ehtiyatları yenidən artaraq 2024-cü ildə 36 min tona çatıb.

ECB hesabatında deyilir: "Dünyanın Mərkəzi Bankları hazırda 1965-ci ildə olduğu qədər qızıla sahibdirlər".

Dünya Qızıl Şurasının məlumatına görə, keçən il ən çox alıcılar Hindistan, Çin, Türkiyə və Polşa olub.

Qızıla tələbin artmasına, xüsusən də "sarı metal"in qiymətinin əhəmiyyətli dərəcədə artması, eləcə də Rusiya Federasiyasının genişmiqyaslı işğalı, geosiyasi qeyri-sabitlik təsir edib. İlin əvvəlindən qızılın maya dəyəri 27% artaraq tarixi ən yüksək həddə - troya unsiyası üçün 3500 dollara (təxminən qramı 112,5 dollar) çatıb.

"Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra pul ehtiyatları üçün qızıla tələbat kəskin artıb və yüksək olaraq qalır", deyə ECB hesabatında bildirilir.

Qeyd olunur ki, qızılın alınması maliyyə aktivlərinin dondurulması kimi sanksiyalara qarşı hedcinq (risk təkrarsığortası-red.) hesab olunur. Ekspertlər son 3 ildə ən çox qızılı geosiyasi baxımdan Çin və Rusiyaya yaxın olan ölkələrin aldığını bildirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.