Putindən Avropaya xəbərdarlıq: "Ciddi fəsadlar olacaq"

24-06-2016, 19:17           

Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyada keçirilən referendumun nəticələrinə münasibət bildirib.

Azvision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Böyük Britaniyanın Avropa İttifaqının üzvlüyündən çıxmasının bazarlara ciddi təsir edəcəyini, lakin ortamüddəti perspektivdə vəziyyətin düzələcəyini vurğulayıb.

“Bunun fəsadları ciddi və qlobal xarakter daşıyacaq. Təkrar edirəm: bunlar qaçılmazdır. Bu fəsadlar həm müsbət, həm də mənfi olacaq. Təbii ki, ortamüddətli perspektivdə hər şey bərpa olunacaq. Burada daha çox müsbət və ya mənfinin olacağını isə həyat, təcrübə göstərəcək. Çalışacağıq ki, Rusiyaya təsiri minimuma endirək”.

Qeyd edək ki, Böyük Britaniyada keçirilən referendumun yekun nəticələri elan edilib. Yekun nəticələrə əsasən, `Brexit`in lehinə 51,9 faiz səs verilib.

“Avropa İttifaqından çıxmağın lehinə 17 milyon 410 min 742 seçici səs verib. İttifaqın tərkibində qalmağın lehinə isə 16 milyon 141 min 241 səs verilib”, - rəsmi məlumatda qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru