Lukaşenko Rusiyaya niyə gedir və Putinlə nəyi planlaşdıracaq?
22-07-2023, 11:07
Görüşdə Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, eləcə də İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığının gələcək inkişafının aktual məsələləri müzakirə olunacaq. İyulun 23-də Rusiya Prezidenti Vladimir Putin Rusiyaya işgüzar səfərə gedəcək Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək. Kremlin mətbuat xidməti bu barədə xəbər verib. "İyulun 23-də Rusiya Prezidenti Vladimir Putin Rusiyaya işgüzar səfərə gedəcək Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək. Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, eləcə də İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığının gələcək inkişafının aktual məsələləri müzakirə olunacaq", - məlumatda belə deyilir.