Cənubi Koreya prezidentinin qayınanası həbs olundu
22-07-2023, 11:36
Cənubi Koreya prezidenti Yoon Seok-Yeolun 76 yaşlı qayınanası Çoi Eun-Sonun torpaq alqı-satqı müqaviləsində istifadə edilən sənədin saxtalaşdırılması ilə bağlı verdiyi şikayət məhkəmə tərəfindən rədd edildikdən sonra saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Nəşr qeyd edir ki, 2021-ci ilin sonunda bu iş üzrə bir qadın bir il həbs cəzasına məhkum edilib, lakin heç vaxt həbs olunmayıb. Apellyasiya Məhkəməsi iyulun 21-də hökmü qüvvədə saxlamağa qərar verdikdən sonra Çoi Eun-Son saxlanılıb.
Agentlik vurğulayır ki, qadın sonradan Cənubi Koreyanın paytaxtı Seulun cənubunda yerləşən şəhərdə torpaq almaq üçün istifadə edilən saxta bank çıxarışı hazırlamaqda təqsirli bilinib. Saxta sənəd prezidentin qayınanasının hesaba 27 milyon dollara yaxın pul qoyduğunu təsdiqləyib.