Zelenski: Ukrayna NATO-nun uzaqmənzilli raketlərinə və döyüş təyyarələrinə malik deyil
23-07-2023, 09:03
Ukrayna Silahlı Qüvvələrində NATO-nun uzaqmənzilli raketləri və döyüş təyyarələri yoxdur. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski özünün "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, Ukrayna bəzi silahlarla bağlı məsələləri tam həll etməyib. Ukrayna lideri qeyd edib ki, silah tədarükü məsələsi ABŞ-dan asılıdır.