Almaniya müdafiə naziri İraqa uçmaqdan qorxdu

24-07-2023, 09:36           
Almaniya müdafiə naziri İraqa uçmaqdan qorxdu
Almaniyanın müdafiə naziri Boris Pistoriusun bazar günü İraqa planlaşdırılan səfəri təhlükəsizlik səbəbilə ləğv edilib.

Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 20-də etirazçılar İsveçin Bağdaddakı səfirliyinə daxil olaraq diplomatik nümayəndəliyi yandırdıqdan sonra Almaniyanın kriminal polisi Pistoriusun İraqa səfərinə qarşı çıxıb. İdarə növbəti etirazları və vəziyyətin gərginləşməsini istisna etməyib.
Bununla yanaşı, Almaniyanın Bağdaddakı nümayəndəliyində əməkdaşların əlavə olaraq müdafiə olunması qərara alınıb.

Mənbə: life.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru