Qanada evindən külli miqdarda pul oğurlanan nazir istefa verdi

24-07-2023, 14:53           
Qanada evindən külli miqdarda pul oğurlanan nazir istefa verdi
Qana Prezidenti Nana Akufo-Addo evindən külli miqdarda pul oğurlanan kanalizasiya və su ehtiyatları naziri Sesiliya Abena Dapaanın istefasını qəbul edib.

İstefaya səbəb iki işçinin Abena Dapaanın evində saxlanılan bir milyon dollar, 300 min avro və bir neçə milyon sedi oğurlaması məlum olduqdan sonra yaranan qalmaqal olub.

Belə ki, Afrika ölkəsi üçün belə əhəmiyyətli bir məbləğin mənşəyi suallar doğurub.
“Vəziyyətə aydınlıq gətirmək və faktları müəyyən etmək üçün dövlət xidmətləri ilə tam əməkdaşlıq etmək niyyətindəyəm”, - Dapaa bəyan edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru