Rusiya prezidenti Vladimir Putin rəqəmsal rublun tətbiqi haqqında qanunu imzalayıb.
Müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Bu, nağd və nağdsız pul formaları ilə yanaşı, milli valyutanın üçüncü növüdür. Rəqəmsal rublla əməliyyatları xüsusi platformada həyata keçirmək mümkün olacaq. Rusiya Bankı onun operatoru olacaq.