Xarici işlər naziri yoxa çıxıb: Kleverlinin səfəri təxirə salındı

24-07-2023, 16:49           
Xarici işlər naziri yoxa çıxıb: Kleverlinin səfəri təxirə salındı
Böyük Britaniyanın xarici işlər naziri çinli həmkarının müəmmalı şəkildə yoxa çıxması ilə əlaqədar Çinə getməyəcək.

Publika.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bu ay üçün planlaşdırılan Çin səfərini təxirə salıb. Buna əsas səbəb kimi Çinin xarici işlər naziri Tsin Qanın yoxa çıxması göstərilir. Məlumatı "Bloomberg" agentliyi yayıb.

Agentlik qeyd edir ki, Tsin Qan iyunun 25-də Rusiya, Şri-Lanka və Vyetnam rəsmiləri ilə görüşdüyü gündən sonra qeyb olub.

O vaxtdan bəri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının ofisinin rəhbəri Van İ diplomatik görüşlərdə naziri əvəzləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru