Krımda rusların silah-sursat anbarı hədəf alınıb

25-07-2023, 09:08           
Krımda rusların silah-sursat anbarı hədəf alınıb
İlhaq edilən Krımın Rusiya tərəfindən təyin edilmiş "rəhbəri" Sergey Aksyonov pilotsuz uçuş apparatları (PUA) ilə hücum barədə açıqlama verib. O, bu barədə özünün Teleqram kanalında yazıb.

Aksyonovun sözlərinə görə, Krım səmasında Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən 11 pilotsuz uçan aparatı vurulub və elektron müharibə ilə yatırılıb. Cankoy rayonundakı sursat anbarına zərbə endirilib.

"Cankoy rayonundakı fövqəladə vəziyyət yerindən beş kilometr radiusdakı kəndlərin əhalisinin müvəqqəti yaşayış mərkəzlərinə təxliyə edilməsi barədə qərar qəbul edilib. İlkin məlumata görə, qurban olmayıb," Aksyonov bildirib.

Bundan əlavə, "təhlükəsizlik məqsədilə" Cankoy vilayətində dəmir yolu və Cankoy - Simferopol magistralında hərəkət dayandırılıb. Dolayı yolları sxemlərinin informasiya resurslarında dərc olunacağı bildirilib.

Onun sözlərinə görə, dronun qalıqları Kirovski rayonunda fərdi evə də ziyan vurub.

Aksyonov iyulun 22-də Krımın Krasnoqvardeyski rayonunda pilotsuz təyyarələrin hücumu nəticəsində silah-sursat anbarında "partlayış baş verdiyini", əhalinin beş kilometr radiusda təxliyəsinin qərara alındığını və dəmir yolunda hərəkətin dayandırıldığını bildirib.

Öz növbəsində, Ukrayna Silahlı Qüvvələri ilhaq edilmiş Krımda neft anbarına və sursat anbarına hücumlar barədə məlumat verib. "Ukrayna Müdafiə Qüvvələri müvəqqəti işğal olunmuş Oktyabrskda Rusiya ordusunun neft və digər anbarlarını məhv edib" - Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsinin bəyanatında deyilib.

İyulun 19-da ilhaq edilmiş Krımın Kirovski rayonunda Rusiya ordusunun hərbi poliqonunda silah-sursat anbarında yanğın baş verib. Orada 122 və 155 mm çaplı mərmilər saxlanılırdı. Bir neçə kəndin sakinləri təxliyə edilib.
amerikaninsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru