ABŞ-də 75 minə yaxın tibb işçisi etiraz edərək işdən çıxıb

6-10-2023, 15:34           
ABŞ-də 75 minə yaxın tibb işçisi etiraz edərək işdən çıxıb
ABŞ-də 75 minə yaxın tibb işçisi maaşlarının aşağı olması səbəbindən etiraz edərək işdən çıxıb.

Məlumata görə, etirazçıların hamısı təxminən 13 milyon insana xidmət edən “Kaiser Permanente”nin işçiləridir.

Qeyd olunur ki, tətillər xəstəxanaya qəbul və “təcili olmayan prosedurlar”la bağlı problemlər yarada bilər.
Qeyd edək ki, etiraz edənlər əsasən tibb bacıları, xəstə baxıcıları, təcili tibbi yardımın mütəxəssis və texniki işçiləridir. Hələ yaydan onlar minimum əməkhaqqının saatda 25 dollar müəyyən edilməsini və hər il artırılmasını tələb ediblər. Lakin “Kaiser Permanente” rəhbərliyi həkimlərin tələblərinə məhəl qoymayıb.

Mənbə: Ura.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru