Rubl yenidən çökdü - Rekord ucuzlaşma

6-10-2023, 08:56           
Rubl yenidən çökdü -
Moskva valyuta birjasında bu günün son hərracı Rusiya rublunun dollar qarşısında kəskin dəyər itkisi ilə yekunlaşıb.

Bakupost.az xəbər verir ki, hərraclarda 1 dollar 100,55 rubla ticarət olunub. Bu, 2023-cü ildə ilk belə haldır.

Bu gün Valday Klubunun toplantısında sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin hakimiyyətin milli valyutanın zəiflədiyini gördüyünü, Mərkəzi Bank və hökumətin bu problemi həll etmək üçün düzgün addımlar atdığını deyib: "Bəli, bizim problemlərimiz var. Biz bunları görürük: gəlirlərin qaytarılmaması, milli valyutanın zəifləməsi - bunu görürük. Buna həm Mərkəzi Bank, həm də hökumət reaksiya verir. Əminəm ki, atılan addımlar düzgündür, nəticələr var və yaxşı olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru