İsveçrə ukraynalı qaçqınlara ölkələrinə qayıtmaları üçün pul ödəyə bilər 6-10-2023, 13:44 İsveçrədə ölkəni könüllü tərk edərək geri qayıdan ukraynalı qaçqınlara maliyyə yardımı təklif edilə bilər. “Qafqazinfo” “SwissInfo”ya istinadən xəbər verir ki, bu barədə məlumat İsveçrənin Miqrasiya Katibliyinin (SEM) hazırladığı konsepsiyada yer alıb. Bildirilir ki, SEM ölkələrinə geri dönmək istəyən ukraynalı qaçqınların hər birinə 4400 dollara qədər vəsait ödəməyə hazırdır. Hazırda İsveçrədə 70 min ukraynalı qaçqın var. Ölkə rəhbərliyi onların təqribən 80%-nin könüllü olaraq Ukraynaya geri dönmək istəyəcəklərini gözləyir. Facebook-da paylaş