Ədəbiyyat üzrə Nobel mükafatına Norveç yazıçısı layiq görülüb
6-10-2023, 14:27

Bu il ədəbiyyat üzrə Nobel mükafatına Norveç yazıçısı Con Fosse layiq görülüb.
İsveç Akademiyasının dediyinə görə, “Fossenin yenilikçi pyesləri və nəsrləri deyilməyənlərin səsidir".
"Onun Norveç Niynorsk dilində yazılmış və müxtəlif janrları əhatə edən nəhəng yaradıcılığı çox sayda pyes, roman, şeir toplumu, esse, uşaq kitabları və tərcümələrdən ibarətdir" - deyə, akademiya bildirib.
Tibb üzrə Nobe mükafatın bazar ertəsi “mRNA COVID” vaksinlərinin sürətli inkişafına səbəb olan birgə tədqiqatlarına görə macar Katalin Kariko və ABŞ-dan Dryu Veyssmana verilib.
Çərşənbə axşamı akademiya fizika üzrə Nobel mükafatını "elektronların hərəkət etdiyi və ya enerjini dəyişdirdiyi sürətli prosesləri ölçmək üçün istifadə edilə bilən olduqca qısa işıq impulsları yaratmağın yolunu nümayiş etdirdiklərinə görə" Pyer Aqostini, Ferenc Krauz və Anne Luillyeyə verib.
Çərşənbə günü kimya üzrə Nobel mükafatına “kvant nöqtələrinin kəşfi və sintezi”nə görə, alimlər Aleksey Ekimov, Munqi Bavendi və Lui Bryus layıq görülüb.
Nobel Sülh Mükafatı cümə günü elan ediləcək. İqtisadiyyat elmləri üzrə yekun mükafat bazar ertəsi veriləcək.