Böyük Britaniyanın yeni XİN rəhbəri məlum olub

14-07-2016, 01:53           
Böyük Britaniyanın yeni XİN rəhbəri məlum olub
Londonun sabiq meri, Mühafizəkarlar Partiyasının üzvü Boris Conson Böyük Britaniyanın xarici işlər naziri təyin edilib.

Reuters agentliyinin verdiyi xəbərə görə, B.Conson Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının əsas tərəfdarlarından biri olub.

Böyük Britaniyanın sabiq XİN rəhbəri Filip Hammond bundan sonra maliyyə nazirliyinə rəhbərlik edəcək .


Qeyd olunur ki, müdafiə naziri Maykl Fellon öz vəzifəsində qalıb.

Mühafizəkarlar Partiyasının lideri Tereza Mey bu gün rəsmən Böyük Britaniyanın yeni baş naziri təyin edilib Kraliça II Yelizaveta ona rəsmi olaraq yeni hökuməti formalaşdırmağı tapşırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.