Çin nadir torpaq elementlərinin ABŞ-yə ixracını bərpa etməyə razılaşıb

7-06-2025, 12:59           
Çin nadir torpaq elementlərinin ABŞ-yə ixracını bərpa etməyə razılaşıb
Çin lideri Si Cinpin ABŞ-yə nadir torpaq elementlərinin tədarükünü bərpa etməyə razılıq verib.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Birləşmiş Ştatlar lideri bildirib ki, Vaşinqton Çinlə razılaşma məsələsində çox irəliləyib.

"Sadəcə, bəzi məqamların aydınlaşdırılmasını istəyirdik. Bu, çətin sazişdir, lakin bu, bizə çoxlu pul və bir çox başqa şeylər qazandıracaq bir müqavilədir", - D.Tramp qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru