Sabunçu bazarında güclü yanğın olub VİDEO

Bu gün, 10:09           
Sabunçu bazarında güclü yanğın olub  VİDEO
Bakının Sabunçu rayonunda yerləşən Sabunçu bazarı ərazisində güclü yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bazar ərazisində ümumi sahəsi 2 000 m² olan bir dam altında tikilən birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 130 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan "MERCEDES" markalı minik avtomobili, ümumi sahəsi 100 m² olan kafenin və hər birinin sahəsi 10 m² olan kişi bərbərxanasının, avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları ümumilikdə 250 m² sahədə yanıb.

Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər, park edilmiş avtomobillər yanğından mühafizə olunub.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.