Qazaxıstanda XIII əsrdə mövcud olmuş şəhərin xarabalıqları aşkar edilib

7-06-2025, 15:38           
Qazaxıstanda XIII əsrdə mövcud olmuş şəhərin xarabalıqları aşkar edilib
Qazaxıstanda arxeoloqlar XIII əsrdə monqollar tərəfindən dağıdılan Jetısu bölgəsində yerləşən qədim şəhərin xarabalıqlarını aşkar ediblər.

Oxu.Az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Petroqlif ovçuları" İctimai Fondunun icraçı direktoru Olqa Qumirova məlumat yayıb.

Onun sözlərinə görə, tədqiqatçılar təsadüfən orta əsrlərə aid böyük bir yaşayış məntəqəsinə rast gəliblər.

"Ola bilər ki, bura vaxtilə Böyük İpək Yolu üzərində yerləşən və monqol istilası zamanı dağıdılmış şəhərin xarabalıqlarıdır", - deyə tədqiqatçı bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru