2025-ci ilin yanvar–mart aylarında Azərbaycana 227,17 ton xlor idxal olunub.
Valyuta.az xəbər verir ki, ölkəyə gətirilən xlorun ümumi dəyəri 96,9 min ABŞ dolları təşkil edib.
Məhsul iki ölkədən – Rusiya və İran İslam Respublikasından idxal olunub. İrandan 22,4 ton xlor gətirilib və bu, 7,24 min ABŞ dollarına başa gəlib. Beləliklə, 1 kiloqram xlorun qiyməti 0,32 dollar və ya 0,54 manat təşkil edib.
Xlorun əsas hissəsi Rusiyadan idxal olunub. Belə ki, 204,77 ton məhsulun dəyəri 89,66 min ABŞ dolları olub. 1 kiloqramın qiyməti isə 0,43 dollar və ya 0,74 manat təşkil edib.