Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər - İsrafil Kərimovun yazısı...
3-06-2025, 12:59

İyunun 1-i Azərbaycan idmanı tarixinə əlamətdar və qürurverici gün kimi daxil oldu. İlk dəfə olaraq ölkəmizdə təşkil edilən minifutbol üzrə dünya çempionatında Azərbaycan milli komandası yüksək səviyyədə çıxış etdi. Bir-birinin ardınca güclü komandaları məğlub edən komadamız final oyununda Macarıstanı 4:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionatının qalibi olub. Milli Gimnastika Arenasında təşkil olunan oyunları diqqətlə izləyən azərkeşlər bu qələbəni çox böyük coşqu və sevinclə qeyd ediblər.
Bu gün Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Mötəbər beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, eləcə də, ölkəmizin beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, əldə edilən uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə malık olkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Minifutbol Federasiyasını və bu qələbədə iştirak etmiş bütün insanları təbrik edən ölkə başçısı bildirib: “Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var”.
Qeyd edilib ki, ölkəmizin milli komandası bütün oyunlarda peşəkarlıq, qələbə əzmi göstərərək dünya çempionu titulunu qazanmışdır. Bu çox qururverici haldır. Çempionatı izləyənlər öz gözləri ilə komandamızın tam üstünlüyününün şahidi olublar.
Ölkə başçısı xüsusi olaraq vurğulayıb ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. “Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər”.
22 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyev idmançılarla mütəmadi görüşü bir daha idmanın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır.
Görüş zamanı Prezident İlham Əliyev bildirib: “Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər”.
Qeyd edilib ki, bu titulu qorumaq o qədər də asan olmayacaq. Dünya çempionatında gedən mübarizə çox gərgin şəraitdə gedirdi. Təbii ki, dünya çempionatında təmsil olunan komandalar ən güclü komandalardır. Ölkə başçısı bildirdi ki, “hesab edirəm ki, gələcəkdə xalqımızı sevindirmək və Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün sizin böyük imkanlarınız var. Bir daha sizi təbrik edirəm və bu qələbə sevincini xalqımıza bəxş etdiyiniz üçün Azərbaycan xalqı adından Sizə təşəkkürümü bildirirəm”.
İlk dəfə olaraq ölkəmizdə keçirilən bu dünya çempionatının ən yüksək səviyyədə təşkil edilmişdir. Bunu Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik Bakıda keçirilən dünya çempionatı ilə bağlı danışarkən deyib. O, mundialın yerli azarkeşlər tərəfindən böyük izdihamla qarşılandığını bildirib: “Dünya çempionatı üçün böyük dəstək göstərildi. Azərbaycanın minifutbol üzrə çox gözəl komandası var. Onlara öz təbrikimi çatdırıram. Milli komandanız turnir ərzində əla oyun nümayiş etdirdi və qələbəni haqq etdi. Bu yarış minifutbol tarixində ən mötəbər turnir oldu”.
Qurum rəsmisi keçirildiyi Milli Gimnastika Arenasında olan təşkilatçılığı bəyəndiyini vurğulayıb: “Bu cür tədbirləri təşkil etməyin necə çətin olduğunu bilirəm. Lakin Azərbaycan bunun öhdəsindən əla şəkildə gəldi”.
Bütün bu uğurlar gələcəkdə ölkəmizin digər çox büyük idman yarışlarının keçirilməsinə zəmin yaradacaqdır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü