İspaniya Venesueladan bəzi sanksiyaların götürülməsini istəyir

24-10-2023, 11:54           
İspaniya Venesueladan bəzi sanksiyaların götürülməsini istəyir
İspaniyanın xarici işlər naziri vəzifəsini icra edən Xose Manuel Albares Venesuelaya qarşı sanksiyalara yenidən baxılması təklifi ilə çıxış edib.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“Həmkarlarım qarşısında çıxış etdim və ABŞ-nin bununla bağlı son qərarlarına uyğun olaraq, həmçinin venesuelalılar arasında dialoqun müsbət təkamülü nəzərə alınmaqla, Aİ-nin Venesuelaya qarşı sanksiyalarına yenidən baxılmasını təklif etdim”, - Albares bildirib.

Krallığın xarici işlər naziri vurğulayıb ki, onun həmkarı, Aİ diplomatiyasının rəhbəri Josep Borel sorğu ilə razılaşıb və məsələni Avropa İttifaqının xarici işlər nazirlərinin növbəti iclasında baxılmaq üçün təqdim etməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru