Hava nəqliyyatı ilə sərnişin daşımaları 3%-ə yaxın artıb

Bu gün, 17:34           
Hava nəqliyyatı ilə sərnişin daşımaları 3%-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 milyon 282 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 72 min sərnişin və yaxud 2,7 % çoxdur.

7 ayda hava yolu ilə daşımaların 99,9 % dövlət, 0,1 % isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma isə 4,2 % və yaxud 9,9 min ton azalaraq 223,5 min ton olub.

2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 136,9 milyon ton olub. Yüklərin 0,2 %-i hava yolu ilə daşınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru