Yuxuya getməyimiz üçün faydalı qidalar

Bu gün, 15:44           
Yuxuya getməyimiz üçün faydalı qidalar
Düzgün seçilən şam yeməyi yuxunun keyfiyyətini yaxşılaşdıra və yuxuya getməyimizi asanlaşdıra bilər. Bəs hansı qidalar yuxuya getməyimizə kömək, hansıları isə mane olur?

"Gazeta" nəşri xəbər verir ki, bu suala diyetoloq, tibb sahəsi üzrə ekspert İrina Popkova cavab verib.

Mütəxəssis yatmazdan əvvəl yemək üçün faydalı olan qidaları sadalayıb.

O qeyd edib ki, tərəvəz və meyvələr, xüsusən, banan, kivi, albalı orqanizmi rahatlamağa kömək edən melatonin və maqneziumla zəngindir.

İ.Popkova bildirib ki, karbohidratlardan qarabaşaq yarması, yulaf, şirin kartof orqanizmin rahat şəkildə istirahət rejiminə keçməsinə kömək edir.

"Triptofanla zəngin olan qidalar - hind quşunun əti, balqabaq toxumu, badam da yuxu hormonunun istehsalında iştirak edir. Bitki çayları - çobanyastığı, limon balzamı sinir sistemini sakitləşdirir və orqanizmin yuxuya getməsinə kömək edir" - deyə diyetoloq qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru