Azərbaycan qızıl istehsalını 49%-dən çox artırıb

Bu gün, 16:34           
Azərbaycan qızıl istehsalını 49%-dən çox artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 862,7 kq qızıl, 2 533,5 kq gümüş istehsal edilib.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qızıl istehsalı 2024-cü ilin 7 ayı ilə müqayisədə 49,2 %, gümüş istehsalı isə 32,9 % artıb.

Ötən 7 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 1 693,4 ton olub ki, bu da bir il öncəki göstəricidən 15,1 dəfə çoxdur.

Bu ilin avqustun 1-nə olan məlumata görə, ölkədə 167,5 kq qızıl, 577,3 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 255,3 ton təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru